2018-09-22 14:43:02   |   386 dəfə oxunub

"Paşinyan anlamalıdır ki, Qarabağ kartından istifadənin sonu yoxdur" - Aktual şərh

"Necə ki, Köçəryanın və əlaltılarının sonu gəldi. Ona görə də, o, bu məsələdə özündən əvvəlkilərin səhvini təkrarlayıb Azərbaycanla qarşıdurmaya getməməlidir”



"Ermənistan baş naziri Nikol Paşinyanın cəfəng fikirlərini iki amillə izah etmək olar. Birinci amil odur ki, bu insanın normal düşünmək qabiliyyəti yox dərəcəsindədir. Əqli cəhətdən tam normal deyil”.

Bunu "Sherg.az”a açıqlamasında tanınmış politoloq Nəzakət Məmmədova deyib. Düşmən ölkə rəhbərliyinin əsassız bəyanatlarını dəyərləndirən ekspert bəyan edib ki, dünya siyasətində Paşinyan kimi siyasətçilər kifayət qədər çox olub:

"Müharibələri, böyük savaşları məhz bu cür psixi durumu yerində olmayan insanlar törədib. İkinci amil isə bundan ibarətdir ki, Paşinyan hələ hakimiyyətini möhkəmləndirə bilməyib. Bir çox səyləri uğursuz alınıb və uğursuzluqlar istər daxili, istər xarici siyasətdə davam edir. Paşinyan Qarabağın qaytarılması məsələsində güzəştə gedib həm yerli əhalini, həm də diasporanı özünə qarşı qaldırmaq istəmir, bunun üçün uyğun zaman gözləyir. 

Əgər Qarabağ problemini başlayan və həllinin açarını əlində saxlayan Rusiyadırsa, Rusiyanın Ermənistana birinci təsir və təzyiq vasitəsi də məhz Qarabağ məsələsidir. Paşinyan Rusiyanın Ermənistan üzərində hegemonluğunu aradan qaldırmaq istəyirsə, ilk növbədə ölkəsinin konstruktiv mövqeyinə çalışmalıdır.

 Üstəlik, baş nazir özbaşına qərar vermir, ümumiyyətlə qərar vermir. Onu daxildən və xaricdən yönəldirlər. Daxildə ölkə siyasətinin "boz kardinalı” Levon Ter- Petrosyandır. Petrosyan başqa erməni prezidentlərlə müqayisədə Qarabağın qaytarılmasında daha güzəştli mövqe tutan səxs olub. Ümid etmək olar ki, o, Paşinyana bu məsələdə doğru yol göstərə bilər”.

Analitikin sözlərinə görə, Paşinyan Qarabağı işğal etmiş, danışıqlarda qeyri-konstruktiv yol tutmuş klanla mübarizə apardığını deyir. Deməli, baş nazir rəsmi İrəvanın Qarabağ münaqişəsinə mövqeyini də dəyişməlidir:

"Köçəryan və başqaları qeyri-qanuni əməllərdə itiham edilirsə, deməli onların fəaliyyəti də qeyri-qanunidir. O cümlədən münaqişə ilə bağlı tutduqları mövqeləri də. Qanunsuz silahlı birləşmələr yaradıb hərbi cinayətlər törətmək, Ermənistanda hakimiyyəti qeyri-qanuni yolla qəsb etmək, bütün bunlar başdan-ayağa cinayətdir. Paşinyan anlamalıdır ki, Qarabağ kartından istifadənin sonu yoxdur. Necə ki, Köçəryanın və əlaltılarının sonu gəldi. Ona görə də, o, bu məsələdə özündən əvvəlkilərin səhvini təkrarlayıb Azərbaycanla qarşıdurmaya getməməlidir”.

N.Məmmədova bildirib ki, Qərbdə onu hakimiyyətə gətirən qüvvələr də baş nazirə iradını bildirməli, siyasi texnoloqlar, piar menecerləri Paşinyana daha ciddi və rasional tövsiyələr verməlidirlər: 

"Paşinyan Azərbaycan-Rusiya yaxınlaşmasından narahat olduğu üçün Moskva ilə xeyli yaxınlaşan Azərbaycana qarşı cəfəng bəyanatlar səsləndirir. Bununla həm də Rusiyanı tənqid etmiş olur və Qərbdə xal qazanmağa çalışır. Lakin bu cür uğursuz piar sonda onun siyasi karyaerasının iflasına səbəb ola bilər”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-20