2018-09-22 15:29:56   |   201 dəfə oxunub

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ


ABŞ-ın İrana qarşı yeni sanksiyaları fonunda Səudiyyə Ərəbistanı yaranmış tələbatı ödəmək iqtidarında deyil.

Modern.az "The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, treyderlər bu səbəbdən neftin dünya üzrə qiymətinin bir barelə görə 90-100 dollara qədər qalxacağını proqnozlaşdırıblar.

Nəşrin məlumatına görə Saudi Aramco neft şirkəti öz alıcılarını artıq oktyabrdan məhdud miqdarda neft tədarük edə biləcəyi barədə məlumatlandırıb.


Məlumatda Səudiyyə Ərəbistanının ABŞ sanksiyalarının tətbiq olunmasından əvvəl xammal tələbini düzgün qiymətləndirmədiyi də yer alıb.

Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarına görə artıq bir neçə ölkənin nəhəng şirkətləri İrandan neft idxalını dayandırıblar.






SON XƏBƏRLƏR

2018-10-18
2018-10-17