2018-09-22 22:12:38   |   538 dəfə oxunub

Qeyri - adi bina: Kəşf etdi və şirkəti böhrandan çıxardı




Dünyanın ən böyük səbət istehsalçılarından biri olan Longaberger Headquarters şirkətinin səbət şəklindəki binası ilə tanış olmaq istərsinizmi? Bu şirkət əl səbətləri istehsalı edən bir firmadır və bu səbətlər böyük bir gəzinti səbətinin, yəni "Big Basket"in içərisində hazırlanır.



 Amerikanın Ohayo əyalətində görünən bu nəhəng gəzinti səbətinin hekayəsi də ən az şəkli qədər maraqlıdı. Günümüzə qədər arxitektura sahəsində bir çox mükafatlar alan və 2016-cı ildə şirkətin maliyyə böhranı nəticəsində satışa çıxarılan bu maraqlı binanı bir az daha yaxından tanıyaq.

Şirkətin qurucusu Dave Longaberger, yeni inşaa edəcək şirkət binasının çöldən baxanda dərhal onların binası olduğunun  anlanmasını istəyir və ağılına maraqlı bir fikir gəlir. Şirkət binası nəhəng bir gəzinti səbəti olmalı və bu səbət Longaberger firmasının istehsal etdiyi səbətlərə birə-bir bənzəməlidir! Bu düşüncə əvvəl işçilər tərəfindən zarafatla qarşılansa da  Dave, 1997-ci il bitmədən bu proyekti həyata keçirməyi bacarır və beləcə Big Basket tarixi səhnəsindəki yerini alır. Şirkətin istehsal etdiyi orta boy səbətlərin 160 dəfə  böyük bir oxşarı olan bu nəhəng bina 7 mərtəbədən ibarətdir və şirkətin mərkəzi binası kimi xidmət göstərir.

Bu konstruksiya ilə bir çox arxitektura mükafatına layiq görülən Big Basket, 9000 ton ağırlığı ilə daşınması mümkün olmayan bir gəzinti səbəti olaraq qarşımıza çıxır. Binanın üzərində yer alan və gəzinti səbətinin tutacağını əmələ gətirən polad konstruksiyanın 150 ton ağırlığında olduğunu söyləsək,  binanın çəkisi haqqında kiçik bir təssəvür yaranmış olar.

Şirkətin yamyaşıl bağçası, həqiqətən də piknikə gələn bir ailənin səbəti görünüşündə olan bina, yerli əhali və turistlər tərəfindən maraqla qarşılanır. 180 min kvadrat metr sahədə yüksələn binanın istehsalı üçün xərclənən pulun təxminən 30 milyon  dollar olduğu təxmin edilir.

Dünyanın ən böyük gəzinti səbəti  xüsusiyyətinə sahib və 500 işçisi olan Longaberger Headquarters adı digər Big Basket şirkətinin maliyyə böhranı yaşaması səbəbi ilə 2016-cı ildə satışa çıxarılır. Bina yerli sakinlər tərəfindən o qədər çox sevilir ki, Facebookda "Longabergerin Böyük Səbəti Milli Xəzinə Olaraq Qorunsun" adında 1600-dən çox üzvü olan bir qrup yaradılır. Hətta üzvlərdən biri binanı satın almaq üçün lazım olan miqdarda pul yığıb, buranı muzeyə çevirmək istəyindən bəhs edir. Bunun isə yalnız şirin bir xəyal olduğunu bildirərək kədərlənir. Bina indi yeni sahibini gözləyir.

Turan






SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15