2018-09-23 19:52:13   |   208 dəfə oxunub

Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında



 Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub.

Energetika Nazirliyindən "Report"a verilən məlumata görə, Əlcəzairdə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib. 2018-ci il iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı qərarının icra vəziyyəti və bazara təsiri nəzərdən keçirilib. İclasda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, OPEC+ ölkələri tərəfindən öhdəliklər iyulda 109 faiz, avqustda isə 129 faiz yerinə yetirilib. Bu göstəricilər may ayı ilə müqayisədə bazarın balanslaşması istiqamətində mühüm irəliləyişlər hesab edilib:

"OPEC+ razılaşmasına hələlik 100 faiz əməl edilməsə də, prosesin gedişatı ümumən qənaətbəxşdir. OPEC və qeyri-OPEC ölkələrinin ümumi rəyi ondan ibarətdir ki, hasilatın artırılmasına hazırki yanaşma nailiyyətləri ilin sonuna kimi qoruyub saxlamağa imkan verir və hasilat həcmlərinin bölüşdürülməsinə zərurət yoxdur".

İclasda OPEC+ ölkələrinin iyun qərarının tam şəkildə yerinə yetirilməsi üçün koordinasiyalı fəaliyyətin və davamlı tənzimlənmənin vacibliyi qeyd olunub. 2019-cu ildən bazarın vəziyyətinin yenidən təhlili və adekvat qərarların qəbulu məqsədəuyğun sayılıb.







SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09