2018-09-24 09:59:19   |   154 dəfə oxunub

26 sentyabr: XİN başçılarının görüşünün vaxtı məlum olub



Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub.
XİN-dən Trend-ə verilən məlumata görə, BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.




SON XƏBƏRLƏR

2019-02-19
2019-02-18