2018-09-24 13:06:10   |   243 dəfə oxunub

"Ermənistan BMT TŞ və Minsk qurupunun sənədlərinə məhəl qoymur" - Politoloq



"Ermənistan ictimai, iqtisadi və siyasi cəhətdən geridə qalan bir ölkə olmaqla yanaşı, həm də savadsız, sarsaq fikirlər, bəyanatlar ortaya qoyan dövlətdir”.

Bunu "Sherg.az”a Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun Ermənistan rəhbərliyi haqqında fikirlərini şərh edərkən politoloq Mübariz Əhmədoğlu bildirib.

Onu sözlərinə görə, X. Xələfov yalnız Azərbaycanda deyil, həm də regionda seçilən təcrübəli və işini bilən diplomatlardan biridir:

"Birinci dəfə deyil ki, X.Xələfov beynəlxalq qurumların tribunalarından çıxış edir. Və onun açıqlamaları, ortaya qoyduğu fikirlər təmamilə yerində olan məsələlərdir. Çünki BMT Təhlükəsizlik Şurasının Azərbaycanının ərazi bütövlüyünü təsdiqləyən dörd qətnaməsi var. Lakin Ermənistan onlardan birinə də əməl etməyib. 

Bununla yanaşı BMT-in Baş Assambleyasının Azərbaycanla əlaqəli iki qətnaməsi var ki, onlardan biri Dağlıq Qarabağla bağlıdır, biri də GUAM dövlətlərinin ərazi bütövlüyünə aiddir. Yənə işğalçı qonşumuz onların heç birinə məhəl qoymayıb. Ermənistan bu qətnamələrə əməl etmədikcə daha pis vəziyyətə düşür. Yəni ölkənin siyasi, sosial, iqtisadi durumu pisləşir. Beləliklə də ac-yalavac olan ölkənin əhalisi bir müddət sonra sərhəddə yerləşən dövlətlərdən oğurluq etməklə məşğul olacaq. 

Onu da deyim, Ermənistan yalnız BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə deyil, ATƏT-in Minsk qurupunun sənədlərinə də məhəl qoymur. ATƏT-in Minsk qurupu Dağlıq Qarabağın statusu haqqında bir variant tərtib edərək "Minsk Konfransını” yığıb, müzakirə aparıb, bu məsələni həll etməlidir. Amma Ermənistanın baş naziri Nikol Paşinyan bildirir ki, Dağlıq Qarabağ Ermənistanın tərkibinə keçməlidir. 

N.Paşinmyanın bu cür savadsız fikirlərindən sonra ortaya belə bir sual çıxır. Madam ki, Dağlıq Qaranbağın statusuna sən qərar verirsən, bəs ATƏT-in Minsk qurupu nə üçün təşkil edilib? Ermənistan bu şəkildə davam edərsə, yalnız özü üçün problemlər yaradacaq”.

Qeyd edək ki, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə məhəl qoymur. Onun yeni rəhbərliyi danışıqlar prosesini məqsədli şəkildə pozur: "Ermənistan yeni rəhbərliyinin son bəyanatları danışıqlar prosesini məqsədli şəkildə pozur, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının möhkəmləndirilməsinə xidmət edir və bununla regionu yeni təhlükələrlə üz-üzə qoyur".
 Nazir müavini bəyan edib ki, danışıqlar prosesini pozulması və regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. X.Xələfov Ermənistan rəhbərliyini dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanımış sərhədlərinin pozulmamazlığı və Azərbaycanın bütün işğal olunan ərazilərinin şərtsiz azad olunması əsasında münaqişənin həlli istiqamətində konstruktiv mövqe tutmağa çağırıb.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19