2018-09-24 14:50:28   |   205 dəfə oxunub

Ərdoğan: "Türkiyə terrorla mübarizədə Rusiyanın köməyinə ümid edir"



 "İdlib əyalətində müxalifət nəzarət etdiyi ərazilərdə bundan sonra da qalacaq".

"Report" bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın Rusiyanın "Kommersant” nəşrində dərc olunan məqaləsində bildirilir.

Məqalədə Türkiyə dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinlə bu yaxınlardakı Soçi danışıqları zamanı Suriyada mümkün humanitar böhranın qarşısını almağa yönələn mühum razılıq əldə etdikləri qeyd olunur.

"Suriya böhranının ilk günlərindən etibarən qonşu ölkədəki humanitar böhranın daha da dərinləşməsinə yol verməmək üçün səy göstərən, bunun üçün hər imkandan yararlanan dövlət kimi Türkiyə münaqişə tərəfləri ilə danışıqlar aparılmasına nə qədər böyük əhəmiyyət verdiyini bütün dünyaya göstərib. Rusiya bu istiqamətdə birgə çalışdığımız başlıca ölkələrdən biridir”.

İdlib məsələsinə dair bu günlərdəki Soçi danışıqları zamanı Suriya hökumətinin və müxalifətin nəzarətindəki ərazilər arasında təhlükəsizlik zolağı yaradılması barədə qərar verildiyini qeyd edən Türkiyə Prezidenti vurğulayıb ki, Rusiya ilə müştərək olaraq radikal qrupların bir daha bu bölgədə fəaliyyət göstərməsinə yol verməyəcəyik.

"Biz PKK, PYD, YPG kimi terror təşkilatları ilə mübarizədə Rusiyanın də köməyinə bel bağlayırıq. Mənim fikrimcə, biz qonşu ölkələr olaraq, bir-birimizin təhlükəsizliyini təhdid edən amillərə ümumi rəyimiz olmalıdır”, - deyən R.T.Ərdoğan Suriyadakı mötədil müxalifətin siyasi həllə yönələn danışıqlarda iştirak etməsinin vacib olduğunu bildirib.

Sonda R.Ərdoğan Rusiya ilə münasibətlərin son vaxtlar "qarşılıqlı hörmət və ümumi maraqlar məcrasında” uğurla inkişaf etməsindən məmnuniyyətini söyləyib.






SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09