2018-09-24 15:28:32   |   544 dəfə oxunub

Arı kimi işləyir: Yaşını eşidən şok olur - FOTOLAR


Türkiyənin Muş bölgəsinin Kayalıq kəndində yaşayan 2 uşaq, 7 nəvə sahibi olan Çiçək Koçhan fədakarlığı ilə gənc qızlara meydan oxuyur. Birlikdə yaşadığı oğulunun evində çörək bişirməkdən tutmuş, qab-qacaq yumaq, ev süpürmək, inəkləri sağmağa qədər əlindən hər iş gəlir. Sherg.az türk mediasına istinadən xəbər verir ki, Çiçək nənə belə gümrah qalmasının sirrini də aşıqlayıb. O, deyir ki, gecə - gündüz arı kimi işləyir.








1927-ci il doğumlu Çiçək Koçhan Gerihan Koçhan ilə evlənib, bir qızı, bir oğlu olub. Həyat yoldaşını 1978-ci ildə itirən Çiçək Koçhan oğulu Rəcəb, gəlini və 7 nəvəsiylə birlikdə yaşayır. Yaşına baxmayaraq çalışqanlığı ilə diqqət çəkən Çiçək nənə, gündəlik işləri heç bir çətinlik olmadan görür. Çiçək Koçhanın nəvəsi Sümeyye, ata nənəsinin süd, kərəyağı, qatıq, bal, qırmızı və ağ ətlə qidalandığını söyləyir. Sümeyye Koçhan, "Ata nənəm səhər çox erkən qalxar, namazını qılar, axıra gedər və atamla birlikdə heyvanlarla məşğul olar. Evə gələndə də sobasını yandırar, çay qaynadıb, nahar hazırlayar. Nahardan sonra sobada çörək bişirər, bağçanı süpürər, nahardan əvvəl bir az yatar, ümumiyyətlə təbii şeyləri çox sevər, meyvə və tərəvəzə həddindən artıq alüdədir. İnəklərimiz olduğu üçün başqa pendir və qatıqdan istifadə etməz. Nənəmin yalnız təzyiqi var, ondan başqa heç bir şikayəti yoxdur. Çalışqanlığı ilə hamımıza nümunə olur" deyə danışır.

"YORULDUM, DEDİYİNİ EŞİTMƏDİM"

 Çiçək nənənin gəlini Muazzez Koçhan isə evdə ən böyük köməkçisinin qayınanası olduğunu söyləyir. Yaşına baxmayaraq bəzən qayınanası ilə ayaqlaşa bilmədiyini ifadə edən Koçhan, "Məndən çox çalışır. Anam qədər çox sevirəm. Bir gün "yoruldum" dediyini eşitmədim. Allah uzun ömür versin. Çalışqanlığı ilə kəndimizdəki qadınlara həmişə nümunə olur. Onunla çox rahat yola gedirik. İsrafı və dedi-qodunu heç sevməz. Danışmaqdansa işi daha çox sevir".

Anası ilə hər vaxt qürur duyduğunu dilə gətirən Rəcəb Koçhan isə bunları söylədi:

"Anam Oçaqlı kəndindən bu kəndə gəlin gəlib. Atamın 40 yaşı olanda ilk həyat yoldaşı vəfat emiş və 25 yaşında olan anamla evlənib. Mən və bacım dünyaya gəlib. Bu yaşına qədər həmişə işlədi. Ona "Otur, yorulmusan" deyəndə hirislənir. 7 uşağım var. Anamın mənə öyüdü, "Sən oxumadın, amma uşaqlarını oxudacaqsan" oldu. 5 uşağım müəllim oldu, 1 oğulum da hüquq fakültəsində tələbədir. Anam həmişə təbii yeməklərlə qidalanar . 91 yaşı olmasına baxmayaraq evin ən çalışqanı anamdır."

İşlədikcə cavanlaşdığını söyləyən Çiçək Koçhan isə "Belə qalmağımın sirri, mənə görə, çalışmaqdır. Atalarımız nə deyib? "İşləyən dəmir paslanmaz". Mən də işləməyəndə yoruluram. Çox şükkür, sağlamlığım yaxşıdır. Süd, qatıq və tərəvəzi çox sevirəm. Hər şeyin orqanik olmasına diqqət yetirərəm. Ümumiyyətlə öz əllərimlə hazırladığım yağ, pendir, qatıq kimi məhsulları istehlak edərəm. Bir də stressdən uzaq durun" deyə sözlərinə əlavə edir.







SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14