2018-09-24 15:42:13   |   254 dəfə oxunub

"Kürd amili Türkiyə - Rusiya arasında fikir ayrılığı yaradır" - Şərh



"Türkiyə-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir. Təbii ki, bu münasibətlərin yüksələn xətlə inkişaf etməsində ABŞ-ında "rolu" var". 

Bunu "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib. 

Onun sözlərinə görə, diqqət yetirsəniz görərsiniz ki, Türkiyə - ABŞ münasibətlərindəki gərginlik davam edir: 

"Xüsusilə, siz 100 il öncə belə bir gərginliyin şahidi ola bilərsiniz və o zamanda Türkiyə-Rusiya münasibətləri yüksək səviyyədə idi. Hazırda Türkiyənin ABŞ-la münasibətlərinin gərgin olması ona imkan verir ki, rəsmi Ankara Rusiya ilə münasibətlərini möhkəmləndirsin. Bu baxımdan, Soçidə İdlib məsələsinə dair Türkiyə ilə Rusiya arasında razılaşmanın əldə olunması ABŞ-ın Suriyadakı maraqlarına cavab olaraq atılmış bir addım kimi dəyərləndirirəm. 

Həmçinin Rusiyanın İl-20 təyyarəsinin vurulmasını da bu konteksdən dəyərləndirmək lazımdır. Bundan əlavə, İranda keçirilən hərbi parad zamanı baş verən terror aktını, ABŞ-ın Suriya məsələsində Rusiya-Türkiyə-İran üçlüsünün əməkdaşlığından narahatlğı kimi qəbul edə bilərik.

Rusiya-Türkiyə-İran üçlüsünün Tehranda keçirilən zirvədə İdlib məsələsi ilə bağlı konkret razılığa gəlməmləri bir daha onu göstərdi ki, Suriyada hər ölkənin öz maraqları var. Və hər dövlət də Suriyada öz milli maraqlarını təmin etməyə çalışır. Soçidə əldə olunan razılaşmanın uzunmüddətli olacağını düşünmürəm. Türkiyə lideri Rəcəb Tayyip Ərdoğanın "Kommersant”a müsahibəsi zamanı Rusiyaya çağırışını da razılaşmanın əldə olunmasına baxmayaraq hələ də fikir ayrılıqlarının və narahatlıqlarının mövcud olması ilə əlaqələndirirəm. 

Xüsusilə, Türkiyə tərəfinin əsas narahatlığı və Rusiya ilə fikir ayrılığı yaşadığı məsələ kürd amilidir. Çünki Türkiyədən fərqli olaraq Rusiya lazım olduqda Yaxın Şərqdə kürd kartından istifadə edir. Lakin Türkiyə Suriyada əsas mübarizəni PKK, ona bağlı PYD və YPG terrorçu təşkilatlarına qarşı aparır. Bu baxımdan da əsas dəstəyi Rusiyadan gözləyir".

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15