2018-09-24 16:03:37   |   158 dəfə oxunub

Paşinyanın özü kimi artist meri



"23 sentyabr tarixində İrəvanda keçirilən İrəvan Ağsaqqallar Şurası seçkilərində Ermənistan baş naziri Nikol Paşinyanın dəstəklədiyi və "Mənim addımım" blokunun namizədi Hayk Marutyan 81,06% səslə rəqiblərini üstələyərək qələbə qazandı".

Bu barədə "Sherg.az"a analitik  Ehtiram Aşırlı məlumat verib.

 Onun sözlərinə görə, "Mənim addımım" blokunun böyük bir fərqlə rəqiblərini üstələyərək qalib gəlməsini bir neçə aspektdən izah edə bilərik: 

"Birincisi, erməni xalqında "məxməri inqilabı"ın abı-havası hələ də davam edir. Bunu görə N.Paşinyan bu seçkilərdə inqilabı qələbə ilə başa vurma üstünlüyündən istifadə edərək xalqın dəstəyini aldı.

Erməni xalqı N.Paşinyanın aldığı bəzi yanlış qərarlara baxmayaraq xalq onun arxasında olduğunu göstərdi. Beləliklə, erməni xalqı Serj Sarkisyanın diktatura rejiminin və ya köhnə hakimiyyət nümayəndələrinə yaxın olan partiyaların öz güclərini bərpa etməsi planlarını alt-üst etdi.
.
Xüsusilə də N.Paşinyanın korrupsiya ilə bağlı könhə hökumət nümayəndələrinə qarşı başlatdığı cinayət işi xalq tərəfindən böyük dəstək qazandı, bu seçkilərə də öz tərsirini göstərdi. Bu seçkiləri H.Marutyanın deyil, N.Paşinyanın qələbə qazandığını ifadə edə bilərik. Qələbə Paşinyan üçün növbəti hədəflərini reallaşdırmaq baxımıdan əlverişli şərait yaradır. Xalq ona dəstək verməklə bir növ "istədiyini edə bilərsən" fikrini söyləmiş oldu. Bundan sonra N.Paşinyanın əsas hədəfi mümkün qədər erkən parlament seçkilərinin keçirilməsi olacaq. Xalqın etimadına arxalanaraq daha qəti addımlar atmağa başlayacaq. Biz bunu daha çox köhnə hakimiyyət nümayəndələrinə qarşı atılan addımlarda görəcəyik. N.Paşinyan Qarabağ klanını hakimiyyətdən uzaqlaşdırmağa, ümumən Ermənistan siyasətini yenidən formalaşdırmağa çalışacaq".

Analitik diqqətə çatdırıb ki, H.Marutyanın nə siyasətdən, nə də idarəçilikdən başı çıxır: 

"Paşinyan onu favorit etməklə mer postuna gətirib ki, gələcəkdə "öz adamını” manipulyasiya etmək asan olsun və İrəvanın idarəçiliyini öz əlində saxlasın. Burada həmçinin, Paşinyanın biznes maraqlarının olduğu da istisna edilmir. Həm də, 2010-cu ildən aktiv ictimai həyata qoşulan, Maştoç parkında ticarət obyektlərinin tikintisinə, ictimai nəqliyyatda gediş haqqlarının, həmçinin, qaz və elektrik enerjisi qiymətlərinin artırılmasına qarşı çıxan Marutyan əhalinin də simpatiyasını qazanıb və onun əlilə işlər görmək elə də çətin omlayacaq. Bir sözlə, Ermənistan baş nazirinin dəstəklədiyi namizədin qalib gəlməsi, hökumətin əlini siyasi baxımdan daha da gücləndirəcək".

Ayyət Əhməd








SON XƏBƏRLƏR

2018-10-20