2018-09-24 16:57:27   |   130 dəfə oxunub

Avtomobillərdə siqaret çəkilməsinin qadağan olunması təklif edilir



Milli Məclisin (MM) deputatı Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

"Report”un xəbərinə görə, deputat bu təklifi MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər: "Sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman da onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.






SON XƏBƏRLƏR

2018-12-12
2018-12-11