2018-09-24 17:42:04   |   188 dəfə oxunub

Cərrahiyyə əməliyyatı edilən xəstələrin sayı niyə artıb ? - Professordan müfəssəl izah



Son 12 ildə Azərbaycanda xəstəxanalarda cərrahiyyə əməliyyatı edilən xəstələrin sayı 3 dəfəyədək artıb. 2005-ci ildə xəstəxanalarda 105,5 min nəfər cərrahiyyə əməliyyatı edilibsə, bu say illər üzrə daha da artaraq 2017-ci ildə 267,1 min nəfərə çatıb.

Statistik rəqəmlərdən də göründüyü kimi insanların cərrahiyyə əməliyyatına tələbatı ilbəil artır.

Tibb eksperti, professor Adil Qeybullanın sözlərinə görə, son illərdə insanlarda onkoloji, cərrahi yolla müalicə olunan xəstəliklərin çəkisi artıb ki, bu da statistikada özünü göstərir:

 "Onkoloji xəstəliklərin səbəbləri dəqiq bilinmir. Bu cür xəstəliklər qidalanma, ekologiya ilə bağlı olur. Azərbaycana idxal olunan qidaların aşağı səviyyədə olması, ekologiyanın çirklənməsi, inasanların stres durumunda olması onkoloji xəstəliklərin xüsusi çəkisini artırır”.

Həkimin sözlərinə görə, artıma səbəb olan digər faktor estetik, plastik əməliyyatlara olan tələbatla bağlıdır: 

"İnsanların xarici görnüşlərini dəyişmək istəmələri də cərrahi əməliyyatların sayını artırır. İki il bundan qabaq cərrahi əməliyyatlar mərhələ ilə aparılırdı. İndi isə bir neçə əməliyyatın bir zamanda aparılması mümkündür. Buna simultant əməliyyatları deyirlər. 

Həm cərrahi texnikanın təkmilləşməsi, həm də müasir dərman pereparatlarının meydana çıxması xəstəliyin erkən aktivləşməsinə şərait yaradır. Müasir antibiotiklərin olması, plastik əməliyyatlar üzrə cərrahlarının sayının artması, peşəkarlığın yüksəlməsi də statistikada özünü göstərir”.

Professor deyib ki, son zamanlar Türkiyədə, Almaniyada təcrübə keçmiş həkimlərin hesabına artıq ürək üzərində ən çətin əməliyyatların icra olunması da statistikaya təsir edir.

Şəymən






SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10