2018-09-24 19:11:33   |   353 dəfə oxunub

" Əvvəllər əzbərçilər yüksək bal toplayırdı, amma indi..."- Əzbərə "yox", istedada "hə"



Ötənlərdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qəbul imtahanlarının yeni formatından danışıb. DİM sədri qeyd edib ki, qəbul imtahanları suallarının formatı dəyişdiriləcək. Onun sözlərinə görə, gələn tədris ili üzrə ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan ballarının hesablanması qaydası dəyişsə də, ali məktəbə qəbul üçün maksimal hədd yenə də 700 bal olacaq:

"Abituriyent bu balın 300-nü maksimal olaraq buraxılış imtahanı zamanı, maksimal 400 balı isə qəbul imtahanı zamanı toplaya biləcək. Balları cəmləşdirəndə ali məktəbə qəbul üçün maksimal bal yenə də 700 olur".

Dəyişikliyi xarakterizə edən təhsil eksperti Kamran Əsədov "Sherg.az” açıqlamasında qeyd edib ki, 2019-cu ildə qəbul imtahanlarında ciddi yeniliklər olacaq:

"Əvvəllər abituriyentlərin müsabiqə yolu ilə keçdiyi imtahanlar indi tamam fərqli şəkildə gerçəkləşəcək. Yeni imtahanlarin iki mərhələdən ibarət olması planlaşdırılır. Ilk mərhələ həmin il məktəbi bitirənlərin buraxlış imtahanları olacaq. Burda da əvvəki illərdən fərqli olaraq 90 bal yox, 300 bal nəzərdə tutulacaq. 

Artıq əvvəlki illər məktəbi bitirən və yenidən hazırlaşanlar isə bu prosedur beşinci qrup vasitəsi ilə gərçəkləşdiriləcək. Onlar da bu mərhələdə maksimum 300 bal toplayacaqlar. Bundan əlavə şagirdlər buraxılış imtahanlarında Azərbaycan dili, riyaziyyat və xarici dili, rus sektorunda oxuyanlar isə Rus dili, riyaziyyat və xarici dili fənnlərindən imtahan verəcəklər. 

Həmin test tapşırıqları isə kurikulumun standartlarına uyğun təşkil olunacaq. 300 ballıq birinci mərhələdən sonra ikinci hissə baş tutacaq. Əvvəlki illərdə qəbul imtahanlarında maksimum bal 700 idisə, indi 400 bal olacaq. Eyni zamanda əvvəllər abituriyentlər beş fənn üzrə imtahan verirdilərsə, bu dəfə üç fənndən imtahan verəcəklər. Ötən imtahanlarda şagirdlərə 125 test tapşırığı verilib. Yeni formatda isə üç fənn üzrə hərəsindən 30 sual olmaqla 90 test olacaq. Və yeni qəbulda verilən 30 test tapşırığının 22-si qapalı, yəni qarşısında A, B, C, D, E variantları ilə verilən, beşi açıq tipli, üçü isə situasiya tipli tapşırıqlar olacaq və onlar da yazılı şəkildə veriləcək. 

Yazılı test tapşırıqların yoxlanması zamanı müəyyən qədər insan faktoru olacaq. Lakin bu ümumi nəticəyə təsir göstərməyəcək. Çünki yazılı şəkildə cavab veriləcək tapşırıqlar cəmi üç ədəd olacaq. Hər fən üzrə 27 tapşırıq isə şagirdlərin birbaşa verdikləri cavablara uyğun yoxlanacaq. Yenə də abituriyentlər 700 bal toplaması mümkündür. Əvvəllər əzbərləmə qabiliyyəti olanlar yüksək bal toplayırdı. İstedadlar isə özlərini göstərə bilmirdilər. Və nəticədə müəyyən uyğunsuzluqlar olurdu. Amma indi tamamilə fərlqi olacaq. Ümumiyyətlə DİM-in təşkil etdiyi imtahanlar hər zaman ədalətli və dəqiq şəkildə keçrilir”.

K.Əsədov onu da bəyan edib ki, bu il də təhsilin hamı üçün əlçatan olması prinsipi qorunacaq:

"Şagirdlərin məktəbdə verdikləri buruxalış və beşinci qrupların imtahanları bir dəfə olacaq. Amma 400 ballıq sistem üzrə hər abituriyentin seçdiyi qrupa uyğun imtahan minumun iki dəfə olacaq. Hətta ikinci mərhələ bir neçə dəfə də ola bilər. Lakin buraxılış və beşinci qrup imtahanı bir dəfə olacaq”.

Kənan Eynuroğlu








SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13