2018-09-24 20:03:01   |   149 dəfə oxunub

İpoteka kağızlarının elektronlaşdırılması nə vəd edir ? - Asanlaşacaq




"Ölkədə ipoteka kağızlarının elektronlaşdırılmasına ehtiyac var”

Bu sözləri "Sherg.az”a ipoteka kağızlarının elektronlaşdırılmasının əhəmiyyətlərindən danışarkən iqtisadçı-ekspert Vüqar Bayramov söyləyib.

Ekspertin qənaətincə, belə bir addımıən atılması yaxşı haldır:

"İpoteka kağızları əvvəllər kağız halında idi. Lakin indi onlar elektron formada təqdim olunacaq. Və elekron ipoteka kağızlarında hesablarla bağlı bütün məlumatlar öz əksini tapacaq. Həmçinin bu sahədə həyata keçirilən müəyyən proseduraların həllində və digər hesablamalarda istifadəçilərin işləri xeyli yüngülləşəcək. 

Gələcəkdə bunun daha da təkminləşməsi müşahidə olunacaq ki, bu da işlərimizin sadələşməsinə yol açır. Həyata keçirilən yeniliklər vasitəsi ilə ipotekanın əldə edilməsi də asanlaşacaq. Və alınan ipotekanın geriyə qaytarılması kimi əməliyyatlar daha da yüngülləşəcək”.

Qeyd edək ki, Azərbaycanda ipoteka kağızlarının elektronlaşdırılması üçün "İpotela haqqında” qanuna dəyişiklik edilir. Müvafiq qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə olunub.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-10-20