2018-09-24 22:51:23   |   118 dəfə oxunub

Çavuşoğlu: “İnsanlıq adına utancvericidir”

“Öhdəliklər yerinə yetirilmədi”



Əsrlərlə mədəniyyətlərin beşiyi olan Aralıq dənizi çarəsiz insanların məzarı olub. Dalğaların sahilə gətirdiyi uşaqların cəsədləri bütün dünya və insanlıq adına utancvericidir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu BMT-də qaçqınlarla bağlı keçirilən sessiyada bildirib.
Çıxışında qlobal miqyasda böyük miqrant axını olduğuna deyən Çavuşoğlu dünyada 260 milyon qaçqın olduğunu, 68 milyon insanın torpaqlarını tərk etmək məcburiyyətində qaldığını qeyd edib:
"Bu rəqəmlər nizamlı bir şəkildə aclıq, qıtlıq, mülki müharibələr, terror və siyasi qeyri-sabitlikdən dolayı baş verir. Bu səbəbdən də heç bir hökumət bu problemi görməməzlikdən gəlməməlidir. Suriya böhranının ağır humanitar yükü Türkiyənin çiyinlərinə buraxıldı, öhdəliklər yerinə yetirilmədi.







SON XƏBƏRLƏR

2018-10-20