2018-09-25 10:27:53   |   95 dəfə oxunub

Məmmədyarov: "Ermənistan təcavüzkar və işğalçı siyasətinə digər ölkələri cəlb etməyə cəhd göstərir"

"Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və qaçqınların və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışının təmin edilməsi təkcə Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə töhfə verməyəcək, həmçinin geniş miqyaslı region daxili əməkdaşlığı möhkəmləndirəcək".

"Report” xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə deyib.

O vurğulayıb ki, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi uğurlu cəmiyyət və regional əməkdaşlığın qurulması baxımından vacib komponentdir: "Təəssüf ki, son görüşümüzdən bəri regionda sabitlik və təhlükəsizlik daha da həssas olub, yeni münaqişə ocaqları peyda olub və regionun inkişafının perspektivləri ciddi şəkildə pozulub.

Təəssüflər olsun ki, Ermənistan regional təhlükəsizliyi və sabitliyi təhlükə altına almaqla, eləcə də tam miqyaslı regional əməkdaşlığa maneə törətməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin 20 faizinin işğalını davam etdirir. Ermənistan təcavüzkar siyasətində daha da irəli gedərək indi də işğal olunmuş Azərbaycan ərazilərində biznes, ticarət və sərmayələr cəlb etmək vasitəsilə qanunsuz işğala digər ölkələri cəlb etmək cəhdi göstərir.

Əməkdaşlığımız üçün çox vacibdir ki, bütün ölkələr Ermənistanın belə niyyətlərindən xəbərdardırlar və işğal olunmuş Azərbaycan torpaqlarında hər hansı növ sosial, iqtisadi və mədəni cəlbolunmalardan imtina edirlər. Mən bütün İƏT üzv dövlətlərini Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarında və ya oradakı rejimlə ticarət, iqtisadi və sərmayə fəaliyyətlərinə cəlb olunmaq ilə bağlı hər hansı cəhdlərin qarşısını almağa çağırıram.

Bu nəqliyyat və ticarət məsələlərimizə nə daxildir? Bu vəzifələr üzrə bizi nə istiqamətləndirə bilər? Belə ki, biz İslamabaq Sammiti Bəyannaməsini, ən son isə Düşənbə Kommunikesini qəbul etmişik. Çıxışımda qeyd etdiyim bütün məsələlər orada əks olunub. Bizim sadəcə onlara fikir verməyimizə ehtiyac yoxdur, faktiki olaraq biz onları reallığa çevirməliyik".






SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13