2018-09-25 11:52:05   |   187 dəfə oxunub

Zərdabda 19 yaşlı qadın körpəsi ilə evdən qaçıb




 Zərdab rayonunda 19 yaşlı qadın üç aylıq körpəsi ilə evdən qaçıb.

"Report”un Şirvan bürosunun xəbərinə görə, rayonun "32 Hektar" adlanan yaşayış massivinin yaxınlığında heyvandarlıq fermasında yaşayan Haciyevlər ailəsinin gəlini, 2000-ci il təvəllüdlü Aynaz Haciyeva sentyabrın 20-də səhər saat 4-5 radələrində üç aylıq qızını da götürərək evdən qaçıb.

Yaxınları A.Hacıyevanın evdən qaçması ilə bağlı başqa rayonlarda yaşayan qohumları ilə əlaqə saxlasalar da heç bir xəbər olmayıb. Ailə bununla bağlı Zərdab Rayon Polis Şöbəsinə müraciət edib.

Qeyd edək ki, A.Hacıyeva ötən ilin sentyabr ayında Xaçmaz rayonundan Zərdaba gəlin köçüb.

A.Hacıyevanı görənlərdən xahiş olunur ki, 050 861-74-93, 055-739-61-02 nömrələrinə və Zərdab RPŞ-ə məlumat versinlər.






SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19