2018-09-25 12:26:44   |   174 dəfə oxunub

Faktor.az-dan örnək layihə - Kollektiv bu şəxslərdən ibarət olacaq

Faktor.az xəbər portalı fəaliyyətində yeni mərhələyə başlayıb. Faktor.az xəbər verir ki, 2016-cı ildə "Faktor Azərbaycan MMC”nin tərkibində fəaliyyətə başlayan Faktor.az qarşısına xəbər missiyası ilə yanaşı, dövlətin sosial sahədə həyata keçirdiyi siyasətə dəstək olmaq üçünə fərqli bir məqsəd də qoyub.

Bu gündən etibarən saytın kollektivinin əsas hissəsi fiziki məhddiyyətli şəxslər, sığınacaqda məskunlaşanlar, kimsəsiz uşaqlar evindən yaş məhdudiyyətinə görə çıxmağa məcbur qalan istedadlı şəxslər olacaq.

Onlara müxbirlik, tərcüməçilik, redaktə, korrektə, montaj işləri, fotoqraflıq, operatorluq, videoblogerlik, SMM kimi sahələr öyrədiləcək. Bu müddət ərzində isə maaşla təmin ediləcəklər.

Azərbaycanda 624 min əlil yaşayır, bu da əhalinin 6,3 faizi deməkdir. Amma onların cəmi 32,5 faizi işləyir. Onlara hər il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiəsi Fondu vasitəsilə 82 milyon manat ödənilir.

Faktor.az-ın daha bir məqsədi bu təcrübəni böyüdüb, bütün ölkədə tətbiq etməkdir ki, bununla da dövlətin bu sahədəki fəaliyyətinə ciddi şəkildə dəstək veriləcək.

Məlumat üçün bildirək ki, "Faktor Azərbaycan” MMC-nin tərkibində faktorSMM xidməti, AQAT Channel və faktor.az yutub kanalları, eləcə də faktor.az xəbər saytı fəaliyyət göstərir.






SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13