2018-09-25 13:08:07   |   157 dəfə oxunub

Azərbaycanda yeni "Vashag" snayperi istehsal olunub



 Azərbaycanda ən müasir standartlara cavab verən "Vashag" snayperi istehsal olunub.

"Sherg.az" xəbər verir ki, 8,6x70 mm ölçülü snayperin çəkisi 6, 5 kilodur.

Snayperin vuruş məsafəsi və taktiki göstəricisi 1200 metr olsa da 1500 metrə qədər arta bilər. Fərdi şəkildə atış üçün nəzərdə tutulan silah dəqiq atış üçündür. Bununla 1500 metrlik məsafədən 30 smlik hədəfə dəqiq atəş aça bilir.

Silah ilk dəfə III "ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

Sərgidə eyni zamanda, daha bir yeni snayper nümayiş olunub. Belə ki, atış məsafəsi 1500 olub 11 kq ağırlığında yeni silah növüdür. Snayper xüsusi təyinatlılar üçün nəzərdə tutulub. Əvvəlki analoqlarla müqayisədə lüləsi qısaldılıb və çəkisi azaldılıb. Dəqiq atəşlə bir güllə ilə hədəfi vurmaq mümkündür. Hələlik snayperə ad qoyulmayıb.

Yaxın vaxtlarda silahlar sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək.








SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14