2018-09-25 16:51:03   |   133 dəfə oxunub

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq müzakirə olunub


Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə regional təhlükəsizlik, Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələrin əsas istiqamətləri, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, eləcə də maraq doğuran digər məsələlər müzakirə olunub.






SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14