2018-09-25 17:05:10   |   481 dəfə oxunub

Səssiz gözləyiş: O uşaqlar nə eşidə, nə də danışa bilir


Allahın rəhminə sığınıb gözləyirlər. Uluğbəy A'rafın 1, Ecem Nurun isə hələ 1 yaşı var. Hər ikisinin ortaq problemi eşidə, danışa bilməmələridir. Onlar təcili biyonik qulaq (koklear implant) əməliyyatı olmalıdır. Lakin böyük əngəl ortaya çıxıb. Cihazları gətirən firma ilə İctimai Təhlükəsizlik Təşkilatı (SGK) arasında yaranan qiymət anlaşılmazlığı üzündən bu uşaqlarla bərabər digər yüzlərlə uşaqların əməliyyatı dayanıb.



Türkiyədə hər il təxminən 4 min körpə eşitmə problem ilə dünyaya gəlir. Bu uşaqların müalicəsində ən təsirli üsul koklear implant (biyonik qulaq) əməliyyatıdır, lakin o da təxminən iki aydır yubanır.
Yaşyarımlıq Ecem Nur doğulan zaman qulaqlarında problem olmayıb. Lakin qanındakı infeksiyaya görə bir həftə reanimasiyada müalicə alıb. Ailəsi Ecem Nurun böyüdükcə eşitmədiyini fərq edib. Tədqiqlər ailənin şübhəsinin haqlı olduğunu üzə çıxarıb. Ecem Nur biyonik qulaq əməliyyatına hazırlanıb. Atası Mətn Temiz də "Hər şey düzələr, amma uşaqlarımızın sağlamlığı getdikdən sonra nə faydası var" deyərək duyğularını ifadə edib.

SON SƏSSİZ AD GÜNÜ OLSUN

Uluğbəy A'raf Tunanın eşitmədiyi doğular, doğulmaz aydın olub. 4 uşaqlı Tuna ailəsi sırf Uluğbey eşitsin, danışsın və əməliyyat olsun deyə bütün iş-güclərini atıb İstanbula köcüb. Əməliyyata hazırlıq üçün tomoqrafiya, MR çəkilib. Qulaqlarının öyrəşməsi üçün eşitmə cihazı taxılıb. Əməliyyat üçün 1 yaşına qədər gözləyib. Ölkənin hər yerində əməliyyatların ləğv olunduğu xəbərini aldıqlarını söyləyən Filiz Tuna, "Əməliyyat günü xəstəxanaya gedib, dönənləri də eşitdik. İstanbul Araşdırma və Təhsil Xəstəxanasındakı həkimizi aradıq. Əməliyyatların dayandığını söylədi. Oğulumun dünən (əvvəlki gün) ad günü idi. Qeyd etmədik belə. İnşallah, ilk və son səssiz ad günü olar." deyir.
Ecem Nurun anası Kadriyə Təmiz, yaşadıqlarını danışdıqca göz yaşlarını saxlaya bilmir: "Bizi eşitmir, heç bir səs çıxara bilmir. Gülmək səsini belə bir dəfə eşitmədim. İki qulağına da implant qoyulmalıdır. Əməliyyatların dayandığını öyrəndik. Ecem Nur kimi nə qədər balalar var. Bütün səlahiyyətlilərə səslənirəm. Bizi duyun. Övladlarımızı səssizliyə məhkum etməyin. Əməliyyatlar təkrar başlasın."







SON XƏBƏRLƏR

2018-12-12
2018-12-11