2018-09-25 17:29:11   |   375 dəfə oxunub

"Bu təkcə Paşinyanın deyil, Ermənistan cəmiyyətinin fəlakəti olacaq"- Polkovnik



"Azərbaycan nə qədər ədalətli mövqe tutsa da, düşmən Ermənistan və onu himayə edən qüvvələr konstruktiv düşüncəyə gələ bilmirlər”.

Bunu "Sherg.az”a hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. 

Hərbiçi bəyan edib ki, indiyə qədər dövlətimiz tərəfindən atılan bütün addımlarda düşmən ölkəni fəlakətdən çəkindirmək cəhdləri olub:

"Biz gözləyirik ki, beynəlxalq güclər Ermənistan hökumətini başa salsınlar və İrəvanın yanlış yolda olduğunu anlatsınlar. Hər dəfə bəyan edirik ki, məqsədimiz hansısa ölkəni məhv etmək deyil. Əsas qayəmiz düşmənin işğal etdiyi torpaqları azad etməkdir. Azərbaycanın buna haqqı çatır, əksər ölkələr və beynəlxalq qurumlar ölkəmizin ərazi bütövlüyünü tanıyır, qəbul edirlər.

Əlbəttə, Azərbaycan tərəfi qəti şəkildə ərazi bütövlüyünün pozulmasına və torpaqlarında ikinci bir dövlətin yaradılmasına qarşıdır. Buna rəğmən rəsmi Bakı Dağlıq Qarabağa ən yüksək status vermək öhdəliyini öz üzərinə götürür. Orada yaşayan xalqlara bütün hüquqları verəcəyini, təhlükəsizliklərini qoruyacağını ifadə edir. Ancaq bu qədər humanist addımlara baxmayaraq, düşmən tərəf mövqeyini dəyişmir. Ona görə də təbii olaraq Azərbaycan tərəfi yanaşmasını sərtləşdirir. Bizi buna vadar edirlər”.

Ş.Ramaldanov bildirib ki, Paşinyan öz nüfuzunu itirib. Baş nazirin əlində qalan yeganə vasitə Qarabağ məsələsidir:

"Paşinyan münaqişəni imitasiya edərək özünə dividentlər qazanmağa, insanların nəzərini Qarabağa çəkməyə çalışır. Çünki ələ keçirdiyi hakimiyyətin ömrü birbaşa Dağlıq Qarabağla bağlıdır. O, hakimiyyətdə uzun qalmaq üçün hər kəsi qurban verməyə hazırdır. "Demokrat”dan diktatora çevrilən Paşinyan oğlunu da fəda edərək onu Dağlıq Qarabağa göndərdiyini deyir, ailəsi üzərindən oyun oynayır. Şübhəsiz ki, onun hərəkəti "vətənpərvərlikdən” irəli gəlmir, sadəcə hakimiyyətini itirməmək üçün belə addım atır”.

Ekspertin vurğulayıb ki, ermənilər bizi məcbur edirlər ki, sərt mövqeyimizi praktiki addımlara çevirək, hərbi gücümüzü tətbiq edək:

"İşğal olunmuş ərazilərimizdə həyata keçirilən qanunsuz təlimlər, hərbi təyyarələrin uçuşları məhz buna hesablanıb. Ancaq anlamırlar ki, bizim genişmiqyaslı hərbi əməliyyatlara başlamağımız təkcə Paşinyanın deyil, ümumiyyətlə Ermənistan cəmiyyətinin fəlakəti olacaq. Ermənistanın təxribat xarakterli bütün addımları düşmənin özünə ziyan vurur”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14