2018-09-25 17:50:14   |   254 dəfə oxunub

Paşinyan ya yola gəlməli, ya da getməlidir



Xəbər verdiyimiz kimi, dünən Gürcüstan Rusiyadan Ermənistana gedən qaz kəmərini bağlayıb. Gürcüstanın qaz nəqli kampaniyasının məlumatında qeyd olunur ki, Ermənistana təbii qazın verilməsi sentyabrın 26-dək dayandırılır. Buna səbəb yanacağın nəql olunduğu "Şimali Qafqaz – Cənubi Qafqaz” qaz kəmərində təmir işlərinin aparılmasıdır. "Qazprom Ermənistan” şirkətinin bəyanatında isə qeyd olunur ki, Rusiya qazının Ermənistana nəqli dünən səhər saatlarından dayandırılıb və Gürcüstan tərəfi İrəvanı bu barədə rəsmən məlumatlandırıb. Bu üzdən əhalinin fasiləsiz qazla təmin olunması daxili ehtiyatlar hesabına həyata keçiriləcək.

Qeyd edək ki, bəzi analitiklər bu məsələdə ciddi siyasi nüanslar axtararaq hadisənin heç də təsadüfi olmadığı qənaətinədirlər.

Doğrudan da məntiqi sual yaranır: niyə Ermənistana qaz nəqli məhz İrəvan meri seçkilərinin səhəri günü dayandırıldı ?


Sualımızı cavablandıran analitik Ehtiram Aşırlı "Sherg.az"a bildirib ki, Rusiyadan Ermənistana təbii qazın nəqlinin sentyabrın 24-dən 26-dək dayandırılması ondan xəbər verir ki, Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfər etməsi və bu səfər çərçivəsində Rusiya qarşı sərt bəynatlarla çıxış etməsi böyük narahatlığasəbəb olub:

"Rusiya tərəfindən Ermənistana qarşı belə addımların tez-tez atılmasının şahidi olacağıq. Ermənistan iqtisadiyyatının 75- 85 faizinin Rusiyadan asılı olması rəsmi Moskvaya imkan verəcək ki, N.Paşinyanı yola gətirsinlər ya da onun mənəvi məhvinə nail olaraq hakimiyyətdən göndərsinlər. 

Ermənistanda Moskva-Vaşinqton rəqabətində hələ ki, Vaşinqton qabaqdadır. Növbəti aylarda necə olacaq onu zaman göstərəcək".




Ayyət Əhməd










"






SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09