2018-09-25 18:45:09   |   201 dəfə oxunub

"Hansısa dövlətin mülki və hərbi təyyarəsi hava məkanımıza icazəsiz girə bilməz"




"Azərbaycanın ərazi bütövlüyü Ermənistan istisna olmaqla bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınır”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Natiq Miri deyib.

Politoloq bildirib ki, Dağlıq Qarabağdakı qondarma rejim heç bir dövlət tərəfindən müstəqil subyekt olaraq qəbul edilmir və həmin ərazilər Azərbaycanın tərkib hissəsi sayılır:

"Münaqişə davam etdikcə, heç bir beynəlxalq şirkət işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərə bilməz. Azərbaycan hüquqi cəhətdən həmin şirkətləri məhkəməyə verə bilər. İşğal olunmuş ərazilərdə hansısa dövlətin şirkəti fəaliyyət göstərərsə və nə vaxtsa savaşın ortasında qalarsa, o zaman bütün məsuliyyəti həmin şirkət və təmsil etdiyi dövlət daşıyacaq. Çünki onlar rəsmi Bakının icazəsi olmadan ölkəmizdə qanunsuz fəaliyyətlə məşğul olublar. 

Halbuki dəfələrlə bəyan etmişik ki, razılığımız olmadan heç bir təşkilat ərazi bütövlüyümüzü poza bilməz. O baxımdan hazırda Dağlıq Qarabağda çox az sayda beynəlxalq şirkət mövcuddur. Onlar da əsasən rabitə sahəsində fəaliyyət göstərirlər. Eyni zamanda bizim razılığımız olmadan hansısa dövlətə məxsus mülki və ya hərbi təyyarə də hava məkanımıza girə bilməz. Bunun cavabı dərhal veriləcək. Məhz buna görə Qarabağa səfər etmək, orada iş qurmaq düşüncəsində olanlar iki dəfə düşünməlidirlər”.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Nazirlər Şurasının qeyri-rəsmi görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm məqamlara toxunub. Münaqişəsinin həlli prosesindən söz açan XİN rəhbəri vurğulayıb ki, Ermənistan tərəfi təcavüzkar siyasətində daha da irəli gedərək işğal olunmuş ərazilərimizdə biznes, ticarət və sərmayələr cəlb etmək yolu ilə qanunsuz işğala digər ölkələri də cəlb etmək cəhdi göstərir.

İsmayıl











SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19