2018-09-25 21:03:16   |   243 dəfə oxunub

" "ADEX-2018” sərgisinin Bakıda keçirilməsi təsadüfi deyil" - Silahlarımıza maraq artır




Azərbaycanın hərbi strategiyası ilə bağlı uğurlarından biri də bir neçə öncə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasıdır. Yəni hazırda Azərbaycan xarici dövlətlərin silah-sursatlarından asılı deyil".

Bunu "Sherg.az"a Prezidenti İlham Əliyevin bu gün Bakı Ekspo Mərkəzində açılan "ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirakından danışarkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov söyləyib. 

Onun sözlərinə görə, Azərbaycanın istehsal etdiyi silah-sursatlar dünya bazarında xüsusi yer tutur:

" Azərbaycanın istehsal etdiyi silahlara maraq göstərən , ölkəmizdən silah almaq istəyən dövlətlərin sayı ilbəil artır. "ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisinin paytaxt Bakıda keçirilməsi də təsadüfi deyil. Ona görə ki, Azərbaycan bu sərgidə ən müasir texnikaları nümayiş etdirdi. Bu texnikalara qonşu dövlətlər çox böyük maraq göstərirlər. Yəqin ki, sərgidən sonra həmin ölkələr Azərbaycanla müqavilələr bağlayacaqlar. Azərbaycanın istehsal etdiyi silah-sursatlar dünya bazarına çıxarılacaq"

C.Xəlilov onu da əlavə edib ki, Azərbaycan siyasi, iqtisadi və hərbi cəhətdən inkişaf edir. və bu tərəqqini eynəksiz də görmək mümkündür:

"Baxın, bu il sentyabrın 15-də Bakının azad olunmasının 100-cü il dönümünə dair parad təşkil olundu və bu paradda Azərbaycan hərbi texnikasını nümayiş etdirdi. Bu o deməkdir, Ermənistan anlamalıdır ki, Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən güclənib. Bu qədər gücə, qüdrətə baxmayaraq biz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışırıq. Bir daha Ermənistanı xəbərdar edirik ki, bu işğalçılıq siyasətindən əl çəksin. Separatçı mövqeyindən geri çəkilib Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etsinlər. Qarabağ torpaqlarında erməni əsgər və zabitlərin həlak olmasını istəmirlərsə, Azərbaycan torpaqlarından çəkilməlidir. Azərbaycan hər ötən gün öz iqtisadiyyatı və hərbi sənayesini gücləndirməklə işğaldakı torpaqlarını azad etmək iqtidarında olduğunu sübut edir. Tez bir zamanda ərazilərimizi işğaldan azad edəcəyik. Ermənistan bunu anlamalıdır. Beynəlxlaq təşkilatlar da qəsbkar ölkəyə təzyiq göstərərək Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb etməlidirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpasına çalışmalıdırlar".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan "ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub. "Report" xəbər verir ki, dövlət başçısı əvvəlcə mərkəzin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxıb.

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09