2018-09-26 00:45:50   |   115 dəfə oxunub

Azərbaycan nefti bahalaşmaqda davam edir




CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 82,21 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,85 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 24-də 81,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,84 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 24-də 78,73 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,64 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 24-də 80,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,11 dollar/barel çoxdur.






SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19