2018-09-27 23:53:53   |   285 dəfə oxunub

Orxan Məmmədov: Azərbaycan və Rusiya aqrar sektorda sıx əməkdaşlıq edir


Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində kiçik və orta biznesin inkişafına həsr edilmiş "dəyirmi masa”da hər iki tərəfdən 70-dək biznes nümayəndəsi iştirak edib. Burada məsələlərin geniş spektri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbəri Orxan Məmmədov deyib.

O qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında kiçik və orta biznes sahəsində əməkdaşlığın əsas istiqamətlərinə kənd təsərrüfatı, yüngül sənaye, informasiya-kommunikasiya sahəsi, ağır sənaye və turizm daxildir. Tədbirdə kənd təsərrüfatı, o cümlədən halal ət məhsullarının istehsalı sahəsində sıx əməkdaşlıq yarandığı qeyd olunub, bu məhsulun ixrac imkanları müzakirə edilib.






SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10