2018-10-02 14:34:01   |   245 dəfə oxunub

Röya yetimxanada klip çəkdirdi


Əməkdar artist Röya Ayxan Türkiyədəki yeni işini təqdim edib. Oxu.Az xəbər verir ki, "Afaki” adlanan mahnının klipi "Poll Production” şirkətinin iki milyondan çox abunəsi olan "Youtube” kanalında paylaşılıb.

Söz və musiqisi Oğuz Yılmaza aid olan mahnını Orçun Mutlu ekranlaşdırıb.

Fransız Seyn Jozef yetimxanasında çəkilən ekran işində ağ və krem rənglər üstünlük təşkil edib. Sənətçi klipdə üç geyimdən istifadə edib. Onun biri bodi tipli olması, digəri uzun yarıqları, üçüncüsü isə uzun qolları ilə diqqət çəkib.

27 nəfərdən ibarət komanda ilə 20 saata çəkilən klipdə Əməkdar artistin sadə makyajdan istifadə etməsi gözdən yayınmayıb.

Qeyd edək ki, "Afaki” Röyanın Orçun Mutlu ilə çalışdığı ikinci ekran işidir. O, bundan öncə "Ummadığım anda” mahnısının klipini də Orçuna həvalə etmişdi.







SON XƏBƏRLƏR

2018-10-18
2018-10-17