2018-10-07 17:02:26   |   164 dəfə oxunub

Trampla Kim ən qısa zamanda görüşəcək - Nədən danışılacaq ?



Amerika prezidenti Donald Trampla  Şimali Koreya  lideri Kim Çen arasında ikinci zirvə görüşü baş tuta bilər. 

"Sherg.az" "Leifaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəhbərliyindən bildirilib. 

Məlumatda o da xüsusi olaraq qeyd olunub ki, bu görüşün ən tez zamanda baş tutması gözlənilir: "Tərəflər artıq görüş baş tutacağı yeri və zamanı ın qısa müddət ərzində müzakirə edib müəyyənləşdirəcəklər." 

Qeyd edək ki, bundan başqa ABŞ dövlət katibi Mayk Pompeo da Pxenyanda Şimal Koreya lideri ilə görüşündən sonra Seulda çıxış edərək ABŞ və Şimali Koreya liderlərinin yaxın zamanlarda ikinci zirvə görüşünün baş tutacağını bəyan etmişdi. 

Tərcümə etdi: Ayyət Əhməd






SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19