2018-10-10 13:33:15   |   136 dəfə oxunub

Şagirdləri zəhərlənən məktəbdən AÇIQLAMA


Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib.

Trend-in məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Xanməmmədov küçəsi, 3 ünvanında 76 saylı tam orta məktəbdə baş verib.

Məktəbdən hadisə ilə bağlı Trend-ə bildiriblər ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib.

Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.






SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13