2018-10-10 13:52:37   |   184 dəfə oxunub

"Məcburi köçkünlərimizin hamısı mənzillə təmin olunacaq" - Millət vəkili



"Ötən gün keçirilən müşavirədə cənab prezidentimiz bütün sahələrdə görülən işlərlə bağlı aydın və geniş şəkildə məlumat verdi. Qarşıda duran vəzifələr göstərildi və onunla bağlı ortaya tələblər qoyuldu".

Bunu "Sherg.az"a Prezident İlham Əliyevin oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi "Şəhid ailələri, Qarabağ əlilləri, məcburi köçkünlərin mənzil və məişət problemlərinin həllində neqativ hallar tam aradan qaldırılacaq" fikirlərini dəyərləndirərkən millət vəkili Elman Məmmədov bildirib. 

Parlamentari qeyd edib ki, sözügedən iclasda bəzi məsələlərlə bağlı tənqidlər də oldu:

"Tənqidi fikirlərin bir hissəsi də məcburi köçkünlərin mənzil və məişət şəraitinə dair hallara aid idi. Ümumiyyətlə, ölkəmizdə məcburi köçkünlərə qayğı 1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin dövründən başlanıb. Daha sonra cənab prezidentimiz İlham Əliyev həkimiyyətə gəldiyi ilk gündən Dağlıq Qarabağ, müdafiə, təhlükəsizlik, o cümlədə qaçqın və məcburi köçkünlər, şəhid ailələri və Qarabağ əlilləri ilə bağlı məsələləri hər zaman diqqət mərkəzində saxlayıb. Cənab prezidentimiz iclasda bu günə qədər məcburi köçkünlərə verilən və ilin sonuna kimi veriləcək evlərin sayını bəyan etdi. Həqiqətən də bu sahədə böyük rəqəmli statistika açıqlandı. 

Gələcəkdə bu proses yenə davam etdiriləcək. Yaxın illərdə məcburi köçkünlərimizin hamısı mənzillə təmin olunacaq. Daha sonra isə həmin insanlar öz doğma yurd-yuvalarına qayıdanda orada bu işlər daha yüksək səviyyədə həyata keçiriləcək. Qaçqın və məcburi köçkünlərimizin mənzil şəraitinin təmin olunmasında yaranan neqativ hallar bu sahə ilə bağlı olan qurumlara aiddir. 

Cənab prezidentimiz bildirib ki, artıq həmin neqativ halların aradan qaldırılması istiqamətində tapşırıqlar verilib, bununla bağlı lazımi tədbirlər həyata keçirilir. Və şəhid ailələri, Qarabağ əlilləri və məcburi köçkünlər üçün tikilən evlər birbaşa öz sahiblərinə veriləcək. Onların məişət şəraitləri yaxşılaşdırılacaq. Təbii ki, bizim üçün bu kimi məsələlərin həllini tapması arzuolunandır”.

Kənana Eynuroğlu










SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10