2018-10-10 13:59:16   |   151 dəfə oxunub

Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 10-da Goranboy rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.






SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13