2018-10-10 14:06:59   |   154 dəfə oxunub

"İnvestisiya proqramları uğurla həyata keçirilib" - Deputat



"Bütün makroiqtisadi göstəricilərimiz çox yüksək tempdə inkişaf edir”

Bunu "Sherg.az" a Prezident Əliyevin 2018-ci ilin 9 ayı ərzində Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda iqtisadiyyata dair çıxışına münasibət bildirərkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, qarşıda kənd təsərrüfatı, innovativ sahələr, sənaye və turizm sektoru ilə bağlı böyük qlobal layihələr var:

 "Qeyri-nef t sektorunda 10.7 faiz artım əldə olunub. İxrac potensialımız artıb. Büdcəmizin gəlirləri 100.2 faiz yerinə yetirilib. Gömrük xətti ilə 800 milyon manat vəsait əldə olunub. İnvestisiya proqramları uğurla həyata keçirilib. Bütün bunlar uğurlarımızın daha da artacağını göstərir. Eyni zamanda çox böyük layihəmiz olan TANAP da reallaşmaq üzrədir. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə daşınmalar 100 faiz artıb. Eləcə də Şərq-Qərb istiqamətində daşınan yüklərdə Azərbaycan ərazisi tranzit rolunu oynayır və bununla yanaşı bu sahəyə öz töhfəsini verir. Yaxın günlərdə Türkiyədə böyük neftayırma zavodumuz fəaliyyət göstərəcək. Bu zavodun işə düşməsi ölkəmizə böyük valyuta ehtiyatları gətirəcək”.

Millət vəkili ölkənin ixrac potensialının artdığını, daxili istehsalın inkişaf etdiyini bildirib:

"Yerli "Xəzər” avtomobili öz ilkin emalına başlayıb ki, bu da sənayenin uğurlu inkişı deməkdir. 85 min yeni iş yerinin açılması da yüksək iqtisadi uğurların göstəricisidir. Bunlar hələ 9 ayın yekunlarıdır. Şübhəsiz ki, ilin axırına qədər daha yüksək nəticələrin şahidi olacağıq. Bir məqamı da qeyd edim ki, gələn ilin büdcəsi də investisiyayönümlü və sosialyönümlü olacaq”.

İsmayıl









SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09