2018-10-10 15:32:58   |   133 dəfə oxunub

Berlindən Ermənistana tərs sillə: “Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir”


Almaniya mediasının yaydığı məlumata görə, Bundestaqın sağçı radikal AfD fraksiyası Almaniya Federativ Respublikasınlın hökumətinə "Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib. Sorğuda, həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb. 

Sherg.az xəbər verir ki, Almaniya hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub: "AFR hökuməti xüsusi olaraq vurğulayır ki, "Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. Almaniya hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanımır. Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib. Həmçinin sorğudakı "AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.

Qeyd edək ki, işğalçı Ermənistan tərəfindən bu cür təxribatçı addımlar hər zaman atılır. Amma dünya birliyi, dünya ölkələri tərəfindən onların təxribatlarına müsbət cavab verilmir. Çünki b eynəlxalq hüquq Dağlıq Qarabağın Azərbaycanın əraziləri kimi qəbul edir. Ermənistanın bu əraziləri işğal etdiyi, separatçı qurumun qondarma "respublika” yaratdığını beynəlxalq təşkilatlar qəbul edirlər. Belə olan təqdirdə, mənasız təxribat cəhdləri qəbul edilə bilməz.

Analitiklər də bildirirlər ki, Almaniya işğalçıların bu sorğusuna başqa cür cavab verə bilməzdi. Çünki Almaniya dünyanın aparıcı dövlətlərindəmn biridir, işğalçı ilə işğala məruz qalan dövlətlərin hansı olduğunu bilir. Rəsmi Berlinin separatçıların elan etdiyi qondarma "Dağlıq Qarabağ Respublikası”nı "dövlət” kimi tanıması mümkün deyil.

Politoloq Qabil Hüseynli Sherg.az-a deyib ki, Almaniyanın işğalçılara başqa cür cavab verməsi mümkün deyildi:

"Almaniya dünyanın böyük dövlətidir. Bu dövlət özünə hörmət edən bir dövlətdir. Ona görə də separatçıların təxribatına uymayacağını ermənilər anlamalı idilər. Bütün dünyaya məlumdur ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. BMT-nin işğal edilmiş Qarabağdan separatçıların qeyd-şərtsiz tərk edilməsi ilə bağlı qətnamələri var. Bu qətnamələrdən Berlin xəbərsiz deyil ki?! Ermənipərəst qüvvələr, müxtəlif vaxtlarda separatçıların xeyrinə hansısa sənədlərin Almaniya, Fransa, Amerika, Rusiya kimi ölkələrin parlamentlərində qəbul olunmasına çalışırlar. Amma bunların hamısı boşa çıxır. Çünki dövlətlərin rəsmi mövqeyi var. Beynəlxalq standartları tapdalaya bilməzlər. Bu baxımdan Almaniya hökümətinin fraksiyaya verdiyi cavab təqdirəlaiqdir”.

Q.Hüseynli deyib ki, Almaniya hökümətinin ermənilərə və ermənipərəstlərə verdiyi cavabın qayəsində həm də Azərbaycan dövlətinin, cənab prezident İlham Əliyevin siyasəti dayanır:
"Azərbaycanla Almaniya arasında yaxşı münasibətlər var. Bu da prezidentimizin apardığı xarici siyasətin nəticəsidir”.


Anar







SON XƏBƏRLƏR

2018-10-18
2018-10-17