2018-10-10 19:17:47   |   615 dəfə oxunub

15 oktyabr 2003-cü il - Uğurlu liderə yüksək etimad və tarixi seçim



"2003-cü il 15 oktyabr tarixindən bizi 15 illik zaman ayırır. Ötən bu müddət ərzində Azərbaycanın hərtərəfli inkişafının şahidi olmuşuq”.

Bunu "Sherg.az”a açıqlamasında dövlət başçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 15 ili dəyərləndirən YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

15 oktyabr 2003-cü il gününün çox önəmli bir tarix olduğunu söyləyən ekspert həmin tarixin hər bir insanın həyatında önəmli günə çevrildiyini bildirib: "Ötən illər ərzində daxili və xarici siyasətdə kifayət qədər nailiyyətlərimiz olub. Dövlət başçısı İlham Əliyevin 15 il ərzində gördüyü işlər Azərbaycanın, paytaxt Bakının və bütün rayonların hərtərəfli və ən müasir şəkildə qurulmasına, sosial inkişafına böyük təsir göstərib. Cənab Prezidentin qarşıya qoyduğu ən başlıca məqsədlərdən biri odur ki, dünyada nə qədər müasir tikili, əzəmətli binalar varsa, onlar mütləq Bakıda, ümumiyyətlə Azərbaycanın yerində inşa olunmalıdır. Eyni zamanda dünyada ən yaxşı həyat tərzi sürən insanlar məhz Azərbaycan vətəndaşları olmalıdır. 15 ildə bu prinsipləri özündə birləşdirən siyasət uğurla həyata keçirilib. Həyatımızın bütün sahələrində, jurnalistika, səhiyyə, təhsil və iqtisadiyyatın müxtəlif sektorlarında uğurlu işlərə imza atılıb. Təkcə, ötən il ərzində Azərbaycanda onlarla qlobal əhəmiyyətli tədbir keçirilib. O tədbirlər ölkəmizin imicini yüksəldib”.

V.Rəhimzadə sadəcə iki faktı qeyd edərək 2017-ci il ərzində görülən mühüm işlərə diqqət çəkib: 

"Ötən ilin sentyabrın 14-də "Əsrin müqaviləsi”nin ikinci dəfə imzalanması və müddətinin 50-ci ilə qədər uzadılaması mühüm hadisə idi. Həmçinin, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi və istifadəyə verilməsi də çox önəmli addım idi. Unutmayaq ki, Asiya ilə Avropanı birləşdirən bu nəqliyyat xətti iqtisadi dislokasiyaya böyük təsir göstərən layihədir. Cənab Prezidentin yürütdüyü siyasət 15 il ərzində hər zaman dəstəklənib və bugün də dəstəklənir, sabah da dəstəklənəcək. 2003-cü ildən sonrakı seçkilərdə cənab Prezidentə göstərilən yüksək etimad xalqın öz liderinə sevgisinin və dəstəyinin ifadəsidir. Şübhəsiz ki, bütün bunlar həm də Azərbaycan rəhbərinin yeritdiyi siyasətin bəyənilməsidir”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10