2018-10-10 20:52:36   |   232 dəfə oxunub

Corc Kent: "Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır"



 "Cənub Qaz Dəhlizi layihəsi Avropaya enerji daşıyıcıları tədarükünün şaxələndirilməsində çox əhəmiyyətli rola malikdir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.

"Bu cür irimiqyaslı layihələr şirkətlər və dövlətlər arasında sülh naminə uğurlu əməkdaşlıq nümunəsidir”, - deyən Ağ Ev rəsmisi enerji təhlükəsizliyini təmin etməyin də zəruri olduğunu vurğulayıb.

Bəzi dövlətlərin enerji amilini siyasət aləti kimi istifadə etdiyini qeyd edən C.Kenti bu mənada Cənub Qaz Dəhlizi kimi layihələrin enerji təhlükəsizliyinə və enerji daşıyıcıları tədarükünün şaxələndirilməsinə mühüm töhfə olduğunu diqqətə çatdırıb.

O, Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu, ölkəmizi daha da inkişaf etmiş və firavan görmək istədiklərini qeyd edib.

"Azərbaycanla münasibətlərimizin getdikcə daha da yaxşılaşmasını istəyirik. Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan ölkədir”, - deyən C.Kent Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhyaratma missiyasında iştirakını misal çəkib.






SON XƏBƏRLƏR

2018-12-12
2018-12-11