2018-10-10 21:11:03   |   262 dəfə oxunub

Prokurorluq: Elçin Qurbanov fevral ayında vəzifəsindən azad edilib



Qurbanov Elçin Müzəffər oğlu 21.02.2018-ci il tarixdə Bakı şəhər prokurorluğunun Təşkilat Analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib.

Bakı şəhər prokurorluğundan "Sherg.az"a verilən məlumata görə, onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 09.04.2018-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib.

Aparılmış istintaq zamanı Qurbanov Elçin Müzəffər oğlu Azərbaycan Respublikası CM-nın 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi 20.08.2018-ci il tarixdə baxılması üçün Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilib.






SON XƏBƏRLƏR

2018-12-15