2018-10-10 21:17:01   |   209 dəfə oxunub

İran Avropada terrorizmi dəstəkləməkdə ittiham olunur



ABŞ dövlət katibi Mayk Pompeo İranı Avropada terrorizmi dəstəkləməkdə ittiham edib.

"Report” "RİA Novsti”yə istinadən xəbər verir ki, o, Almaniya hökumətinin bu il iyunun 30-da Fransanın Vilpen şəhərində keçirilməsi nəzərdə tutulan konfrans zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 46 yaşlı iranlı diplomat Əsədullah Əsədini oktyabrın 9-da Belçikaya ekstradisiya etdiyini də xatırladıb.

"Bu sui-qəsdin miqyası bizə İranın dünyadakı terrorizmin əsas sponsoru olduğunu xatırladır. Həmçinin bu sui-qəsd İranın bütün Avropada da terrorizmə dəstək verdiyini üzə çıxarır. Biz İranın bütün dünya boyu dəstəklədiyi terrorizmin törətdiyi təhlükəni aşkar etməklə və ona qarşı mübarizədə avropalı müttəfiqlərimzi dəstəkləyirik”, - ABŞ dövlət katibi bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin hesabatına görə, İran son 6 ildə terrorçuluğun maliyyələşdirilməsinə və Suriyadakı Bəşşar Əsəd rejiminə 16 milyard dollar xərcləyib.






SON XƏBƏRLƏR

2018-12-15
2018-12-14