2018-10-11 14:29:46   |   230 dəfə oxunub

"Almaniyanın Dağlıq Qarabağla bağlı mövqeyi beynəlxalq təşkilatlara mesajdır"



Almaniya hökuməti Dağlıq Qarabağ və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. Belə ki, Bundestaqın sağçı radikal AFD fraksiyası AFR hökumətinə "Almaniya-Ermənistan münasibətləri" mövzusunda kiçik sorğu göndərib və sorğuda, həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb. AFR hökumətinin sözügedən sorğuya cavabının girişində vurğulanır ki, "Almaniya-Ermənistan münasibətləri" anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir və qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımır".

AFR hökumətinin bu mövqeyini dəyərləndirən millət vəkili Tahir Kərimli "Sherg.az”a bildirib ki, hər şeydən öncə Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür: 

"İkincisi, Almanya Avropanın ən böyük dövlətidir. Eyni zamanda Avropa İttifaqının ən aparıcı ölkəsidir. 

Üçüncüsü də kansler Angela Merkelin Qafqaza səfəri zamanı birbaşa olaraq Ermənistan və Azərbaycan rəhbərliklərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra məlumatları əldə etmək imkanı oldu. Bu o deməkdir ki, A.Merkel Azərbaycan daha haqlı sayır. Ümumiyyətlə, Almaniya hökuməti hər zaman Dağlıq Qarabağ məsələsində obyektiv mövqeyə malik olub. Bir neçə il əvvəldə belə bir sorğuya cavab verib. 

Hər dəfə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Almaniyanın Ermənistanın təcavüzkar dövlət olmasını dilə gətirməsi, qondarma Dağlıq Qarabağ rejimini tanımaması, Qarabağ və ətraf 7 rayonun Azərbaycana qaytarılmasını vurğulaması bizim üçün çox böyük əhəmiyyətə malikdir. 

Doğrudur, Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü deyil, amma hamı bilir ki, bu ölkənin çox böyük nüfuzu var. İqtisadi və digər sahələrdəki qüdrətinə görə dünyanın dördüncü ölkəsidir. "İkinci Dünya” müharibəsindən sonra Almaniyanın xarici siyasəti güclənib. Bu baxımdanda onun belə bir açıqlama verəsi Dağlıq Qarabağ münaqişəsində müstəsna rol oynayacaq. 

Bu açıqlama Almaniyanın simasında bütün Avropa ölkələrinin Azərnaycanın ərazi bütövlüyünü tanıdığını göstərir. Məsələnin məyusedici tərəfi həmin ölkələrin Ermənistana sanksiyalar tətbiq edərək məsələni həll etməməsidir. Onlar qeyd edirlər ki, bu münqişəni sülh yolu ilə tənzimləyin. Axı sülh, diplomatik yolla bu məsələnin həll olmursa, bunun hansı yolu qalır ? Güman edirəm ki, Almaniyanın mövqeyi beynəlxalq təşkilatlara və digər dövlətlərə bir mesajdır".

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-12-15