2018-10-11 15:12:10   |   160 dəfə oxunub

"Ordumuzun 50 ölkənin ordusu arasında göstərilməsi təsadüf sayıla bilməz"



"Dövlətimiz milli müdafiə sənayesi sektorunun daha da inkişaf etdirilməsi və istehsal sahəsinin genişləndirilməsində çox maraqlıdır”.

Bunu "Sherg.az"a ötən gün Prezident İlham Əliyevin 2018-ci ilin 9 ayı ərzində Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda çıxışına münasibət bildirərkən hərbi ekspert Ramil Məmmədli deyib.

Ekspert bildirib ki, dövlət başçısı iclasda çıxışı zamanı Azərbaycanın hərbi imkanları haqda önəmli məqamları xüsusi vurğulayıb. Ali Baş Komandan İlham Əliyev ordumuzun arsenalındakı müasir texnikaların sayının artırılacağını, bu məqsədlə yeni texnikaların alınacağını söyləyib:

"Həmçinin qeyd edib ki, ordu müasir silah və texnikalarla tam təmin olunsa da, proses yerli imkanlar sayəsində də davam etdiriləcək. Vurğulanıb ki, hərbi texnikanın, sursatların istehsalı ilə bağlı dövlətin yeni planları var və onlar da həyata keçiriləcək. Buradan irəli gələrək bildirmək olar ki, Prezidentin "yeni planlar var” deməsi məhz buna işarədir. Dövlət başçısının dediyi kimi bütün bu amillər ordunun döyüş qabiliyyətinin artmasına xidmət edir. Bu il keçirilən iki hərbi paraddakı nümunəvi keçid və nümayiş olunan silah və texnika bunu təsdiq edən faktlardan biridir”.

R.Məmmədli bildirib ki, Prezidentin çıxışından irəli gələn məqamları analiz etdikdə və müqayisəli təhlil apardıqda görürük ki, bu gün Azərbaycan Silahlı Qüvvələri 20 il əvvəlin ordusu deyil: 

"Beynəlxalq araşdırma mərkəzlərinin öz gücünə görə Azərbaycan Ordusunu 50 ölkənin silahlı qüvvələri arasında göstərməsi təsadüfi sayıla bilməz. Buna qısqanclıqla yanaşanlar bilməlidirlər ki, bu təhlil dünyanın ən iri hərbi araşdırma mərkəzləri tərəfindən də qəbul edilir.

Hətta deyərdim ki, Azərbaycan Silahlı Qüvvələri keçmiş SSRİ respublikaları silahlı qüvvələri arasında gücünə və döyüş bacarığına görə, 2-ci yerdədir. Bu faktdır”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-12-11
2018-12-10