2018-10-11 16:21:49   |   202 dəfə oxunub

"Ölkəmizə daxil olan xarici valyutanın həcmi artacaq" - Layihələrin bəhrəsi



"Son zamanlar ölkə başçımızın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr Azərbaycanın gücünə güc qatır”.

Bunu "Sherg.az”a Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyi " "Cənub Qaz Dəhlizi"nin uğurla başa çatması Azərbaycan üçün yeni imkanlar açacaq” açıqlaması haqqında danışarkən iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, məlum olduğu kimi ölkəmizdə aparılan əsas iqtisadi islahatlar qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlıdır:

"Lakin ilk müstəqillik vaxtlarımızdan bu günə kimi Azərbaycan iqtisadiyyatının inkişafında aparıcı rolu neft və qaz sektoru tutur. Bu da 1990-cı illərin əvvəllərində dövlətimizin müstəqillik qazandıqdan sonra ölkənin əsas investisiya yatırımları məhz bu iki sahəyə qoyuldu. Bununla da 1994-cü ildə "Əsrin Müqaviləsi” imzalandı. Müqavilənin bağlanması ilə əlaqədar olaq Azərbaycan özünün layihə təşəbbüskarı olduğu Bakı-Tblisi-Ceyhan neft boru kəmərinin işə düşməsindən sonra ölkəmizə külli miqdarda vəsait axmağa başladı. Həmin vəsaitdən istifadə edərək Azərbaycan hökuməti iqtisadiyatımızın möhkəmlənməsini və şaxələnməsini şərtləndirən bir sıra infrasturuktur layihələr həyata keçirdi.

 Hazırda da ölkə iqtisadiyyatının böyük hissəsini, ixracatımızın 90 faizini və büdcəmizə daxil olan vəsaitin əksəriyətinin arxasında neft sektoru dayanır. Lakin bu vəziyyət riskli xarakter daşıdığından bir neçə il bundan əvvəl hökumətimiz öz siyasətində qeyri-neft sektorunun inkişafı istiqamətində əsaslı addım atdı. 2014-2015-ci illərdə neftin qiymətinin dünya bazarlarında enməsi ilə əlaqədar olaraq ölkə iqtisadiyyatında böhran şoku yaşadı. Bununla da məlum oldu ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı daha da sürətlənməlidir. Beləliklə də bu sahadə əsaslı işlər başladı. Ötən il "Azəri”, "Günəşli” yataqlarının işlənməsinin müddətinin uzanması istiqamətində Azərbaycan hökuməti müvafiq tərəfdarları ilə çox mühüm tarixi əhəmiyyətli bir layihə başlatdı. Bununla da ölkəyə qoyulan xarici investsiyaların həcmi artdı".

Bundan əlavə ekspert qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüskarlığı ilə "Şahdəniz” yatağının ikinci mərhələsinin işlnməsinə dair, daha böyük valyuta gəlirlərini şərtləndirən "Cənub Qaz Dəhlizi” adlı layihəyə start verildi:

"Hazırda bu istiqəmətdə ölkəmiz çox inamlı addımlar atır. Bu ilin mayında "Cənub Qaz Dəhlizi"nin rəsmi açlışı baş tutdu. Bunun arxasınca "Cənub Qaz Dəhlizi"nin əsas şaxələrindən olan TANAP layihəsinin aşlışı baş tutdu. Hazırda "Cənub Qaz Dəhlizinin” son mərhələsini təşkil edən TAP layihəsinin həyata keçməsi istiqamətində bəzi işlər gedir. Tezliklə də onunda açılışını görəcəyik. Beləliklə də hər üç layihənin bütün işləri bitdikdən sonra Azərbaycan nefti ilə yanaşı, qazı da dünya bazarına çıxacaq. 

Bununla da ölkəmizə daxil olan xarici valyuta daha da artacaq. Bütün bu proses 2020-ci ilə təsadüf edəcək. Həmin vaxtdan sonra Azərbaycanın adı dünyada və Avropada qaz ixracatçısı kimi də tanınacaq”.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-10-18
2018-10-17