2018-10-12 14:06:40   |   178 dəfə oxunub

"Paşinyan danışıqlara məcburdur, müharibə Ermənistanın məğlubiyyətidir"



"Ermənistan baş naziri Nikol Paşinyan Qarabağ konflikti ilə bağlı qeyd etdikləri, provakasiya bəyanatı Düşənbədə götürdüyü öz öhdəliyinə hörmətsizliyidir”.

Bunu "Sherg.az”a açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Analitik bildirib ki, Nikol Paşinyanın Fransa televiziyasına verdiyi müsahibədə Qarabağda yaşayan erməniləri "Qarabağ xalqı” adlandırması, daxili auditoriyaya hesablanıb:

 "Bu ifadə heç bir halda danışıqlar formatını müəyyən edən sənədlərdə yer almayıb. Qarabağda erməni icması və azərbaycan icması ilə eyni hüquqa malikdir. Nə qədər qeyri-konustruktiv açıqlamalar versə də, Paşinyan danışıqlara məcburdur. Müharibə variantı Ermənistanın məğlubiyyətidir. Gələn ildən başlayaraq, yeni erməni hakmiyyətinin ərazilərin boşaldılmasını nəzərdə tutan real danışıqlara gedəcəyi mümkün deyil. 
Çünki Qarabağ klanı və Koçaryan-Sarkisyan mafiyası ölkədə silahlı çevrilişə cəhd edə bilərlər. Bu çevrilişə Moskva da dəstəyini əsirgəməz. Ona görə də Paşinyan üçün ən qorxulu ssenari danışıqlarda güzəştə getməkdir. Davam edən siyasi proseslərdə müsbət dönüş nöqtəsi yalnız Rusiyanın Ermənistandan tam çıxması və ərazi bütövlüyü prinsipini rəhbər tutaraq regionda yeni bir siyasi dönəmə imza atmasıdır”.

Politoloq bildirib ki, erməni baş nazirin növbədənkənar parlament seçkilərində "qələbə” qazanacağı şübhəsizdir:

 "O, tədricən Koçaryan-Sarkisyan klanını Ermənistanın siyasi səhnəsindən silməklə, bir növ Rusiyanın möveyini zəiflədəcək. Onun daxili mübarizə ilə paralel Qarabağ danışıqlarında hansısa güzəştə getməsi devrilməsinə gətirib çıxara bilər. Paşinyanın üç il müddət ərzində Qarabağ klanını zərərləşdirməsi prosesi davam edə bilər. 

Bu müddət ərzində İrəvan status-kvonu saxlamağa cəhd edəcək. Artıq, danışıqlarda sükut hökm sürür. Rusiya da bu sükutun qorunmasında maraqlıdır. Təbii ki, Moskvanın əlində Paşinyanı devirmək üçün ən ideal variant Qarabağ münaqişəsinin müharibə fazasına keçməsinə yaşıl işıq yandırmaqdır”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15