2018-10-12 17:01:43   |   287 dəfə oxunub

"Bu məsələ Paşinyanı hüquqi baxımdan çətinə salır" - Sabiq XİN başçısı




"Hazırda Ermənistanda siyasi böhran yaşanır”

Bunu "Sherg.az”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, təcavüzkar qonşumuzda aprel ayında baş tutan hakimiyyət dəyişikliyinin əsas səbəblərindən biri Serj Sarkisiyanın konstitutsiya islahatlarını aparması idi. Aparılan islahatların nəticəsində dövlət başçısı birbaşa parlamentdə seçilməli oldu. Buna görə də işğalçı qonşumuzda keçiriləcək parlament seçkiləri böyük önəm daşıyır:

"İndiki halda Ermənistanda vaxtından əvvəl parlament formalaşıb. Orada da Qarabağ klanının əməkdaşları çoxdur. Onların böyük topluma malik olması hakimiyyəti ələ alan Nikol Paşinyanı hüquqi baxımdan çətinə salır. Ermənistanda parlament seçkilərində N.Paşinyan adi vətəndaş kimi iştirak edəcək, yəni istefaya gedəcək. Bundan əlavə separatçı ölkədə gedən proseslər onu göstərir ki, N.Paşinyan bir siyasi blokla saziş imzalayıb. Yəni özünə texniki çoxluq təmin edib. Bu baxımdan N.Paşinyan konstitutsiyanın tələb etdiyi bəndlərə əsasən istefaya gedir. Eyni zamanda Ermənistanın baş naziri bir siyasi utimatum verib. O bildirib ki, seçkilərdə onu seçməsələr yenidən caamatı meydanlara, küçələrə çıxaracaq Ermənistanda siyasi böhran dərinləşir”

T.Zülfüqarov onu da bəyan edib ki, son vaxtlar N.Paşinyanın bəyanatları çoxalıb:

"Bu gün Ermənistanda Frankofoniya sammiti keçirilir. Və orada 20 dən artıq fransızdilli ölkələrin başçıları iştirak edir. Bu kimi addımlar atmaqla işğalçı qonşumuz "demokratiya"nı təbliğ etməyə çalışır. Bu kimi saxta tədbirlərdə N.Paşinyan müxtəlif sərsəm bəyanatlar verir, uğursuz addımlar atır”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 16-da istefa verəcək. Bu barədə Paşinyan özü Fransa-24 kanalına müsahibəsində bildirib. O vurğulayıb ki, növbədənkənar parlament seçkiləri 9-10 dekabr tarixlərində keçirilməlidir. Bu, mənim oktyabrın 16-da istefaya gedəcəyim təqdirdə mümkün olacaq.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-12-12
2018-12-11