2018-10-12 18:06:34   |   180 dəfə oxunub

"Paşinyan konkret mövqeyə gələ bilmir" - ŞƏRH



"Paşinyanın ziddiyyətli, bir-birini inkar edən bəyanatları onun konkret mövqeyinin olmadığını göstərir”.

Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın bütün fəaliyyəti hakimiyyətdə daha çox qalmağa, reytinq qazanmağa və parlament seçkiləri ərəfəsində nüfuzunu artırmağa yönəlib:

"Paşinyan öz tərəfdarlarına sübut etməyə çalışır ki, guya o, Ermənistanın maraqları uğrunda mübarizə aparan baş nazirdir. Öz sərsəm ifadələrini Frankofoniya sammitində dilə gətirən Paşinyan ölkəsinə dəvət etdiyi dövlət başçılarında rəy formalaşdırmağa çalışır. Ancaq reallıq odur ki, Frankofoniyaya daxil olan dövlətlər fransız dilində danışsalar da, hamısının Azərbaycanla münasibətləri çox yaxşıdır. Hər bir dövlətlə yaxın tərəfdaşlıq münasibətlərimiz var. Həmin ölkələrin fransız dilində danışmaları və Ermənistanda tədbir keçirmələri onların Azərbaycana düşmən olduqları anlamına gəlmir”.

Professorun sözlərinə görə, Paşinyan nə qədər çapalasa da, konkret mövqeyə gələ bilmir: 

"Baş nazir yenidən israr edir ki, separatçılar danışıqlar prosesinə cəlb olunmalıdır. Bəs onda nazirlərin mütəmadi bir araya gəlməsi nəyə lazımdır?! Axı bir müddət əvvəl Düşənbədə görüşə təşəbbüs göstərən və Prezident İlham Əliyevə yaxınlaşan Paşinyan özü idi. Bu hadisə Ermənistan baş nazirinin nə qədər mövqesiz olduğunu göstərir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-16
2018-10-15