2018-10-12 18:21:02   |   178 dəfə oxunub

Beynəlxalq Enerji Agentliyindən PROQNOZ: "Neftə olan qlobal tələbat azalacaq"


Bu gün Beynəlxalq Enerji Agentliyi neftə olan tələbatla bağlı təxminlərini açıqlayıb.

"Sherg.az"ın "Le Figaro.fr"ə istinadən xəbərinə görə, BEA-dan bildirilib ki, 2018-2019-c illərdə dünyada neftə olan tələbat azalacaq. Buna  neftin qiymətinin həddən çox yüksəlməsi, dünya ölkələrində ticarət gərginliyi və əlverişsiz iqtisadi perspektivlər səbəb olacaq.   

Qlobal tələbatın artım proqnozu hər iki il üçün gündə 110 min barel azaldılıb. Bu böyümənin 2018-ci ildə 1,3 milyon barelə (mbd), daha sonra isə 1,4 milyard kubmetrə çatması gözlənilir.

Bu dəyişiklik "yüksək qiymətlər, qlobal iqtisadiyyat üçün daha az optimist perspektivlər və ABŞ-la Çin arasındakı gərginliyin azalması ilə bağlıdır.

Tərcümə etdi : Ayyət Əhməd






SON XƏBƏRLƏR

2018-12-12
2018-12-11