2018-10-17 23:03:45   |   193 dəfə oxunub

Türkiyədə “Zülfiqar” ləqəbli təhlükəli PKK terrorçusu zərərsizləşdirilib


Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan "Zülfiqar” ləqəbli təhlükəli PKK terrorçusu Yusif Tunç məhv edilib.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələrinin oktyabrın 17-də Adıyaman vilayətinin Kömür Bəldəsi bölgəsində apardığı antiterror əməliyyatı zamanı əmrə tabe olmayan terrorçularla hərbçilər arasında atışma olub. Öldürülən iki terrorçudan birinin Yusuf Tunç olduğu müəyyən edilib.

Qeyd edək ki, avqustun 16-da Adıyamanda hərbi maşının keçdiyi yolda bomba partladılıb və hərbçilər atəşə tutulub. Bu terror aktı nəticəsində 4 hərbçi şəhid olub. Faktla bağlı aparılan əməliyyat axtarışları nəticəsində Şehriban Tunçun evində PKK terrorçularına məxsus maddi sübutlar aşkar olunub. O cümlədən terrorçu Yusif Tunçun anası Şehriban Tunça yazdığı məktub tapılıb.

Faktla bağlı Ş.Tunç həbs olunub.






SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19