2018-10-19 16:27:39   |   1471 dəfə oxunub

Ağaca bağladılar: Sonra da qarnını kəsib 8 aylıq körpəsini oğurladılar



Braziliyada yaşayan 23 yaşlı Mara Cristiana da Silva tikanlı məftillə bir ağaca bağlanıb.
Sonra da qarını bıçaqla kəsilərək 8 aylıq körpəsi oğurlanıb. Tükləri ürpərdən hadisə Braziliyanın cənub-şərqindəki Joao Pinheironu sarsıdıb. 



Polis qrupları, gənc qadının cəsədini yol kənarında bir ağaca bağlanmış halda tapıb. Hamilə qadını qaçırıb öldürən və qarınındakı körpəsini oğurlayanlar Angelina Rodrigues və əri Roberto Gomes de Silvadır. Mara Cristiananı öldürən Angelina Rodrigues, qucağında körpə ilə Sao Lucasdakı  xəstəxanaya qaçıb, yeni uşaq doğduğunu söyləyib və həkimləri həyəcana salıb. Ancaq bir gün sonra cəsədin tapılmasıyla istintaqa başlayn polis, qısa müddətdə hadisənin üstünü açıb. Qatil qadın, polisə bütün hərəkətlərini etiraf edib. Polis, cinayət törədilən zaman Angelina Rodriguesin yanında əriylə birlikdə üçüncü bir şəxsin də olduğunu təxmin edir.







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16