2018-10-19 16:48:14   |   234 dəfə oxunub

Azərbaycan bu qərarı Fransadan da qabaq çıxarıb

Nabatəli Qulamoğlu: "Bir neçə il bundan əvvəl təhsil nazirliyini orta məktəblərdə müəllimlərin və şagirdlərin dərs zamanı mobil telofondan istifadə etməsini qadağan edib"



Fransa məktəblərində şagirdlərin 90 faizi mobil telefondan istifadə etmir. Bunu Fransanın təhsil naziri Jan Mişel Blanker bildirib. Nazirin sözlərinə görə, ölkədə kolleclərin 90 faizi mobil telefondan istifadənin qadağan olunmasına dair qanuna əməl edir. Hətta gələcəkdə bu səviyyəni 100 faizə yüksəltməyə çalışırlar. Çünki tədris mərkəzlərində şagirdlərin mobil telefonun istifadə etməsi təhsilimizin inkişafını əngəlləyən maneələrdən biridir.

Maraqlıdır, görəsən Azərbaycanın orta məktəblərində bu məsələ ilə bağlı vəziyyət necədir və bu sistemin bizim orta məktəblərdə də tətbiqinə ehtiyac duyulurmu?

Sualımızı cavablandıran təhsil eksperti Nabatəli Qulamoğlu "Sherg.az”a bildirib ki, tədris mərkəzlərində şagirdlərə mobil telefonlardan istifadənin qadağan edilməsi müsbət haldır:

"Belə bir tendensiya Azərbaycanda da mövcuddur. Bir neçə il bundan əvvəl təhsil nazirliyini orta məktəblərdə müəllimlərin və şagirdlərin dərs zamanı mobil telofondan istifadə etməsini qadağan edib. Müəllimlərin dərsdən kənar vaxtlarda mobil telefon işlətməsi onların hüququdur. Amma auditoriyada bu qərar hər kəsə aiddir.

Ümumiyyətlə, məktəblərdə şagirdlərin mobil telofonda istifadə etməməsi təhsildə elə bir ciddi dəyişiklik yaratmayacaq. Çünki bu tendensiya təhsil mərkəzlərində labüd, əsas şərtlərdən biri deyil. Lakin düşünürəm ki, metodik, ideaktiv cəhətdən məktəblərdə mobil telofondan istifadənin ləğv edilməsi dərsin kefiyyətinə müsbət təsir göstərəcək”.

Kənan Eynuroğlu









SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16