2018-10-19 16:54:42   |   208 dəfə oxunub

Azərbaycan və Türkiyə prezidentləri “Star” neft emalı zavodunun açılış mərasimində..


Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimi keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər.

Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxdılar.

Dövlət başçılarına "Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verildi.

Sonra xatirə şəkli çəkdirildi.

"Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.






SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16