2018-10-19 17:08:39   |   222 dəfə oxunub

Azərbaycana gəlmək istəyən turistlərin işi bir az da ASANLAŞIR

Məhərrəm Zülfüqarlı: "Hazırda ölkəmizin otellərində onlayn sistemin təşkil olunur. Turistlər ölkəmizin ötelləri ilə bağlı hər bir məlumatı oryənib, həmin yerlərə üz tuta biləcəklər"



"Otellərdə onlayın sistemin yaradılması turizm sektorunun inkişafına təkan verəcək”

Bu barədə "Sherg.az”a Azərbaycanda otellərin onlayn reytinqinin qurulması təşəbbüsünü dəyərləndirərkən Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib.

Onun sözlərinə görə, son illər ölkəmizdə turizm sürətli inkişaf edir:

"Cənab prezidentimiz son dövrlərdə turizmin inkişafına böyük dəstək göstərir. Bu sahədə bir çox yeniliklərə imza tır. Hazırda ölkəmizin otellərində onlayn sistemin təşkil olunur. Bu tendensiyanı çox müsbət qarşılayıram. 

Çünki bundan istifadə edərək turistlər ölkəmizin ötelləri ilə bağlı hər bir məlumatı oryənib, həmin yerlərə üz tuta biləcəklər. 

Bu kimi amillər Azərbaycanın özünü dünyaya tanıtdığını sübut edir. Həmçinin ölkəmizə gələn turistlərin işlərinin rahatlaşdırmaq üçün viza sistemi sadələşdirilib. Artıq onlar gömrük məntəqələrində uzun müddət gözləmirlər. Qeyri-neft sektorunun əsas sahələrindən biri turizmdir və bunun da inkişafı mütləqdir. Ümumiyyətlə, son zamanlar ölkəmizə turist axının güclənməsi bu kimi müsbət proseslərlə bağlıdır”.

Qeyd edək ki, Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Sengstschmidt Azərbaycanda hotellərin onlayn reytinqi qurulacağını bildirb. Direktoq nəzərə çatdırıb ki, Azərbaycanı keyfiyyətli turizm brendi kimi dünyaya tanıtmaq üçün bacarıq lazımdır.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-11-20
2018-11-19